Şorbalar adətən ehtiyatda hazırlanan yeməklər sırasındadır. Evdar xanımlar bir dəfə kiçik vaxt ayırmaqla bu yeməyi bişirir. Daha sonra bir neçə gün isə bu yemək yeyilir.
Bununla belə, hər zaman qəlyanaltı yemək imkanı əldə etmək üçün şorbanı düzgün saxlamaq lazımdır. Bu, onun təhlükəsizliyini və sağlamlığını təmin edəcək.
Lent.az şorbanı soyuducuda düzgün saxlanması qaydalarını təqdim edir:
Temperatur
Soyuducuya isti şorba qoymayın. Bu çox pis fikirdir. Buna görə yeməyin təbii şəkildə otaq temperaturuna qədər soyumasını gözləyin. Soyuducuda 4-6 dərəcə ətrafında bir temperatur seçmək məsləhətdir.
Məkan
Bir çox evdar qadın şorbanı intuitiv olaraq düzgün şəkildə təşkil edir. Məsələn, mərkəzdə yerləşən rəfin ortasını seçir. Bu, ilk yeməyi saxlamaq üçün ən optimal yerdir.
Düzgün qablaşdırma
Şorbanı hazırladığınız saxlama qabına diqqət etməyiniz vacibdir. Belə ki, şorbaları bişirdiyiniz qabda saxlamaq məsləhətdir. Bu sizin üçün əlverişsiz görünürsə, o zaman şüşə bir qabı nəzərdən keçirməyiniz tövsiyə edilir.