Dietoloqların fikrincə, xama ilə kəsmik səhər yeməyi üçün əla seçimdir.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, belə bir səhər yeməyi yeyərkən bəzi nüansları nəzərə almaq lazımdır.
Xama ilə kəsmiyin həddindən artıq istehlakı şişkinlik və həzm pozğunluğuna səbəb ola bilər. Bu məhsullara dözümsüzlüyünüz varsa, xama ilə kəsmik yeməkdən çəkinmək lazımdır.
Onlara mürəbbə, bal və ya quru meyvələr əlavə etməməlisiniz, bu, məhsulun faydalılığını məhv edəcək.