Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik.
Bu dəfə sizə sosial şəbəkədə “Ağababa Ağababa” adı ilə tanınan səhifəyə istinadən, asan, ucuz və çox ləzzətli tort resepti təqdim edirik.
Xəmiri üçün lazım olan ərzaqlar:
Xama 20% - 200qr (1 balaca qutu xama və ya 200 qr-lıq stəkanla 1 stəkan süzmə qatıq)
Şəkər – 100 qr (200 qr-lıq stəkanla 1/2 stəkan)
Un – 280 qr (200 qr-lıq stəkanla 2 stəkan +1 dolu olmayan xörək qaşığı)
Soda - 1 çay qaşığı və ya 1/2 çay qaşığı
Kremi üçün:
Xama 25%-li – 550 qr. (mən bir böyük qutu 350 qr+1 ədəd də balaca 200 qramlıq xama götürdüm)
Şəkər kirşanı – 100 qram
Xəmiri 74 qramlıq 8 kündəyə bölürük
Hazırlanma qaydasını videoda izləyin.
Nuş olsun.