"Nutellalı peçenye"nin hazırlanma qaydası
25 dekabr 2020 11:56 (UTC +04:00)

"Nutellalı peçenye"nin hazırlanma qaydası

“Nutellalı peçenye”: Çay süfrənizin xilaskarı

Dörd ərzaqla hazırlana bilən, çox asan və dadlı olan bu peçenyeni sevəcəksiniz. Söhbət “Nutellalı peçenye” dən gedir. Bu gün Lent.az sizə “Nutellalı peçenye”nin hazırlanma qaydasını təqdim edir. Çox az müddətdə hazır olacaq bu şirniyyat gözlənilməz qonaqlar gəldiyində çay süfrənizi bəzəyərək sizi qurtarmış olacaq. Eyni zamanda bu peçenyeləri uşaqlar da çox sevəcək. Hazırsınızsa, başlayaq.

Şirniyyatı hazırlamaq üçün bizə lazım olan ərzaqlar:

Xəmiri üçün

1 yumurta
3/4 stəkan Nutella
1 stəkan un

Üstü üçün

1/2 stəkan Nutella
1/2 stəkan qoz

Xəmir hazırlamaq üçün yumurta, un və nutellanı birlikdə qarışdırırıq. Xəmiri plastik bir örtüylə örtüb, təxminən 15 dəqiqə istirahət etməsi üçün kənara qoyuruq. Daha sonra xəmirdən hissələr ayıraraq top şəklinə salırıq. Baş barmağımızdan istifadə edərək ortada kiçik çuxur yaradırıq. Daha sonra həmin çuxuru nutella ilə doldurub qoz əlavə edirik. Maraqlı görünüşlü, ləziz dadlı şirniyyatımız hazırdır.

Nuş olsun!

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3570

Oxşar yazılar

İnanılmaz şokoladlı keks RESEPTİ

İnanılmaz şokoladlı keks RESEPTİ

20 may 2025 , 17:58
Faydalı limonlu-çiyələkli  dondurma - RESEPT

Faydalı limonlu-çiyələkli dondurma - RESEPT

19 may 2025 , 18:13
"Duzdan artıq istifadə qan təzyiqini artırır"  - Dietoloq

"Duzdan artıq istifadə qan təzyiqini artırır" - Dietoloq

19 may 2025 , 11:52
Hər gün balıq yemək olarm? - həkimlərdən CAVAB

Hər gün balıq yemək olarm? - həkimlərdən CAVAB

17 may 2025 , 15:58
Tərəvəz və göbələkli sobada bişmiş toyuq filesi -  RESEPT

Tərəvəz və göbələkli sobada bişmiş toyuq filesi - RESEPT

14 may 2025 , 14:52
Ən dadlı balqabaq çörəyinin  sirri: RESEPT

Ən dadlı balqabaq çörəyinin sirri: RESEPT

13 may 2025 , 15:10
Sezar salatının  büdcəyə uyğun RESEPTİ

Sezar salatının büdcəyə uyğun RESEPTİ

12 may 2025 , 13:57
Bişirilmədən hazırlanan bananlı tort: RESEPT

Bişirilmədən hazırlanan bananlı tort: RESEPT

9 may 2025 , 19:45