İkinci çörək: Kartofu hansı formada yemək daha faydalıdır?
13 fevral 2025 12:42 (UTC +04:00)

İkinci çörək: Kartofu hansı formada yemək daha faydalıdır?

Kartofu müxtəlif üsullarla bişirmək mümkündür. Kartof elə bil ki, universal tərəvəzdir. Onu qaynatmaq, qızartmaq, sobada bişirmək və ya salatlara əlavə etmək olar. Onun hazırlanma üsulu təkcə dadına deyil, həm də faydasına təsir göstərir.

Bəs kartof hansı formada daha faydalıdır?

Lent.az bununla bağlı məlumatları təqdim edir: 

Qidalanma mütəxəssisləri kartofu qabıqlı (munduarda) qaynadaraq yeməyi tövsiyə edirlər. Bu üsulla o, maksimum qida maddələrini saxlayır. Kartofun qabığı onun qoruyucu örtüyüdür və mikroelementləri özündə saxlayır. Əgər kartofun qabığı soyularsa, bu maddələrin çoxu itirilir. Bundan əlavə, qabıq çoxlu lif (sellüloza) ehtiva edir. Qabıqlı qaynadılmış kartofda C və B vitaminləri, kalium və maqnezium daha çox qalır.

Sobada və ya qril üzərində bişirilmiş kartofun qlisemik indeksi (qanda şəkərin səviyyəsinə təsiri) aşağı olur, məsələn, kartof püresindən fərqli olaraq. Tez-tez qızardılmış kartof yeməkdən çəkinmək tövsiyə olunur. Bu, dadlı və bir çox insanın sevdiyi yemək olsa da, demək olar ki, heç bir vitamin ehtiva etmir. Üstəlik, onun qlisemik indeksi yüksəkdir və bu, qanda şəkərin səviyyəsini artırır. Həmçinin, kalori miqdarı da yüksək olur.

Qeyd etmək lazımdır ki, ən faydalı kartof cavan kartofdur. Onun tərkibində orqanizm üçün vacib olan minerallar var. Kartof nə qədər uzun müddət soyuducuda və ya zirzəmidə saxlanılsa, tərkibindəki minerallar bir o qədər azalır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7140

Oxşar yazılar

Makaronları qat-qat dadlı edən sadə inqrediyent

Makaronları qat-qat dadlı edən sadə inqrediyent

31 may 2025 , 19:18
Niyə daha çox kartof yemək lazımdır? - SƏBƏB

Niyə daha çox kartof yemək lazımdır? - SƏBƏB

30 may 2025 , 19:38
Dünyada bir çox insan qırmızı bibərin  əslində nədən hazırlandığını bilmir

Dünyada bir çox insan qırmızı bibərin əslində nədən hazırlandığını bilmir

28 may 2025 , 18:13
Uşaqlıqdan sevilən qat-qat vafli  tortu — RESEPT

Uşaqlıqdan sevilən qat-qat vafli tortu — RESEPT

28 may 2025 , 13:22
"Roll kat"ın ən dadlı halı - RESEPT

"Roll kat"ın ən dadlı halı - RESEPT

26 may 2025 , 12:29
Yumşaq biskvit tortu - RESEPT

Yumşaq biskvit tortu - RESEPT

24 may 2025 , 19:25
Qulançarın   bilinməyən faydaları

Qulançarın bilinməyən faydaları

22 may 2025 , 11:43
İnanılmaz şokoladlı keks RESEPTİ

İnanılmaz şokoladlı keks RESEPTİ

20 may 2025 , 17:58