Ramazana özəl almalı şirniyyat
19 aprel 2021 18:48 (UTC +04:00)

Ramazana özəl almalı şirniyyat

Heç vaxt dadmadığınız ləzzət - Ramazana özəl şirniyyat Lent.az-ın MƏTBƏXİNDƏ

Ramazan ayında oruc tutanlar iftar və imsaq süfrələrinin reseptləri ilə maraqlanırlar. Dadlı, eyni zamanda doyumluluq hissi yaradan yeməklər isə hər bir oruc tutanın diqqət mərkəzində olur.

Bu dəfə Lent.az-ın mətbəxi layihəsində sosial şəbəkədə məşhur olan “Dadlı mətbəxim” səhifəsinə istinadən fərqli dada malik  şirniyyatdan söz açacağıq. Bu şirniyyat o qədər yüngüldür ki, hətta 5 ədəd yesəniz belə, sanki heç nə yeməmsiniz kimi hiss edəcəksiniz.

Ramazan süfrənizin bəzəyi olacaq bu yeməyin hazırlanması olduqca asandır. 

Şirniyyatı hazırlamaq üçün bizə lazım olan ərzaqlar:

8-10 ədəd alma

1 stəkan süd

2 yemək qaşığı şəkər tozu

1 vanil

1 yemək qaşığı nişasta

100 qram qoz

50 qram ərik

50 qram kişmiş

Şərbət üçün:

0,5 stəkan şəkər tozu

2 stəkan su

2 dilim limon

6 ədəd mixək

Üzərinə:

Xama
Fındıq

Sadə hazırlanması və ləziz dadı ilə süfrənizin bəzəyinə çevriləcək bu şirniyyatı bişirməyə elə indi başlayın.

Hazırlanma qaydasını videoda izləyə bilərsiniz.  

Nuş olsun!

 

Ramazana özəl almalı şirniyyatın hazırlanma qaydası

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3252
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar