Ən zərərli makaron növü
12 oktyabr 2024 12:45 (UTC +04:00)

Ən zərərli makaron növü

Yüksək keyfiyyətli makaron sağlam pəhrizin bir hissəsi ola bilər, lakin bəzi növlər var ki, onlardan tamamilə imtina etmək daha yaxşıdır. Çünki onlar minimum qidalandırıcı maddələr ehtiva edir və yalnız bədənə zərər verir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə amerikalı həkim Lusiya Qarsiya məlumat verib.

Mütəxəssis bu cür məhsullar arasında “mivina” kimi tanınan hazır əriştələri vurğulayır. Onun əsas üstünlükləri aşağı qiymət və tez hazırlanmasıdır. Bununla belə, həkimlər xəbərdarlıq edirlər: sağlamlığın qiyməti çox yüksəkdir.

Ümumdünya Əriştə Assosiasiyasının (WINA) məlumatına görə, 2020-ci ildə məhsulun 116 milyard porsiyadan çoxu istehlak edilib ki, bu da ildə adambaşına 15 porsiyaya bərabərdir.

Tez hazırlanan əriştə nədir?

Bu əriştə qızardılmış məhsuldur. Əriştə xəmiri əvvəlcə buxarda bişirilir, sonra qızardılır, sonra formaya salınaraq qablaşdırılır. Bu məhsul yüksək kalorili və yağlıdır. Daimi istehlak piylənməyə səbəb ola bilər. 100 qram hazır əriştə təxminən 480 kalori, 22 qram yağ, 6 qram duz və cəmi 10 qram protein ehtiva edir. Eyni zamanda, vitaminlər, minerallar və pəhriz lifinin miqdarı minimaldır.

Vitaminlər, minerallar və pəhriz lifi bədənin ehtiyac duyduğu əsas komponentlərdir. Bu maddələrin çatışmazlığı ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bundan əlavə, hazır əriştə çox duza malikdir: hər porsiya üçün təxminən 6 qram. Davamlı olaraq bu qədər duzu olan qidaları qəbul etmək orqanizmə ciddi ziyan vura bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 30109

Oxşar yazılar

Hamiləlik planlaşdıranlara bu balığı  yemək olmaz

Hamiləlik planlaşdıranlara bu balığı yemək olmaz

4 iyul 2025 , 10:59
Qarğıdalı çubuqları nədən hazırlanır?

Qarğıdalı çubuqları nədən hazırlanır?

4 iyul 2025 , 09:24
Ən yumuşaq balıq kotleti RESEPTİ

Ən yumuşaq balıq kotleti RESEPTİ

3 iyul 2025 , 14:18
Qarabaşağın bilinməyən 5 FAYDASI : Qocalmanı ləngidir və...

Qarabaşağın bilinməyən 5 FAYDASI: Qocalmanı ləngidir və...

3 iyul 2025 , 10:14
Dadlı qarabaşaq yarmasını  necə bişirmək olar: bu məhsulu əlavə edin

Dadlı qarabaşaq yarmasını necə bişirmək olar: bu məhsulu əlavə edin

2 iyul 2025 , 19:42
İri dənəli duzdan QAÇIN:  Bilmədiyimiz ZƏRƏRLƏR

İri dənəli duzdan QAÇIN: Bilmədiyimiz ZƏRƏRLƏR

2 iyul 2025 , 14:34
Şokoladlı tort:  asan və tez RESEPT

Şokoladlı tort: asan və tez RESEPT

1 iyul 2025 , 12:54
İnanılmaz kartof bliniləri - RESEPT

İnanılmaz kartof bliniləri - RESEPT

30 iyun 2025 , 14:29