Dünyanın ən yaxşı PİZZASI
01 aprel 2023 13:58 (UTC +04:00)

Dünyanın ən yaxşı PİZZASI

Mütəxəssislər dünyanın ən yaxşı 50 pizzasının reytinqini tərtib ediblər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.

Ümumiyyətlə, TOP 10-a daxil olan hər bir pizza İtaliyada yaradılıb. Burada müasir pizza haqqında ilk söz hələ 1535-ci ildə şair və esseist Benedetto di Falko tərəfindən qeydə alınıb.

Belə ki, reytinqdə birinci yerdə sadə, lakin hamının sevimli pizzası "Marqarita" olub. Ondan sonra "Neapolitan", "Quattro Formaggi", "Pizza al Tagli" və "Caprese" gəlir.

Mütəxəssislər deyirlər ki, "Marqarita" pizzası 1889-cu ildə Neapol səfəri zamanı Savoy kraliçası Marqarita üçün hazırlanıb. Parlaq qırmızı pomidor, qaymaqlı ağ mozzarella və yarpaqlı reyhanla hazırlanan yeməyin İtaliya bayrağının rənglərini təmsil etməsi nəzərdə tutulduğu və kraliçanın bundan çox təsirləndiyi deyilib.

"Brandi" pizzaçısının aşpazı Raffaele Esposito onu kraliçanın şərəfinə adlandırıb. Qeyd edək ki, "Marqarita" San Marzano pomidoru, mozzarella pendiri, təzə reyhan, duz və zeytun yağı ilə hazırlanan tipik "Neapolitan" pizzasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4008
avatar

Fidan İlqar

Oxşar yazılar