Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik.
Bu dəfə sosial şəbəkədə "MyFoodChannel" adı ilə tanınan səhifəyə istinadən çox dadlı və asan hazırlanan dönər çörəyi reseptini sizinlə bölüşürük. Təqdim olunan reseptlə 6 ədəd çörək hazırlanır. Bu çörəyi hazırlamaqla dönər almağa ehtiyac qalmayacaq. Həm sərfəli, həm də keyfiyyətli...
Lazım olan ərzaqlar:
Stəkan ölçüsü 200 ml.
1,5 stəkan ilıq su
1 çay qaşığı şəkər tozu
1 çay qaşığı duz
1 yemək qaşığı maya
2 yemək qaşığı duru yağ
3,5 stəkan un
Xəmiri yoğurmaq üçün 1 çay qaşığı duru yağ
Üzəri üçün
2 ədəd yumurta sarısı
Küncüt və çörəkotu
Hazırlanma qaydasını videodan ətraflı izləyə bilərsiniz.
Nuş olsun!