Çırpılmış yumurtanı tavasız  necə bişirmək olar? – Sadə və faydalı
02 dekabr 2023 20:00 (UTC +04:00)

Çırpılmış yumurtanı tavasız necə bişirmək olar? – Sadə və faydalı

Sürətli və doyurucu səhər yeməyi hazırlamağın ən asan yolu omlet bişirməkdir. Amma qızardılmış yeməyin zərərli olduğunu da bilirik.

Lent.az xəbər verir ki, omletləri tava olmadan da bişirmək mümkündür. 

Bunun üçün mikrodalğalı sobadan istifadə etmək olar. Bu zaman bişirdiyiniz yeməyin dadı bir az fərqli olacaq. Amma proses daha tez başa gələcək. 

Yumurtaları dərin bir boşqaba töküb çalın. Üzərinə duz və bir qaşıq bitki yağı əlavə edin.

Sonra sarısını çəngəllə deşib, boşqabın üstünü kağız salfetlə örtün. Sonda mikrodalğalı sobaya qoyun.

Cəmi 1-2 dəqiqə ərzində yumurta bişəcək. Həmçinin bu zaman daha az qab çirkləndirmiş olacaqsınız.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12810
avatar

Sevinc Fərid

Oxşar yazılar