Banan və kəsmikdən   hazırlanan dadlı desert
29 fevral 2024 19:19 (UTC +04:00)

Banan və kəsmikdən hazırlanan dadlı desert

Kəsmik və banandan asan və çox dadlı desert hazırlamaq mümkündür. Həmçinin, bu desert qismən dietik də sayılır. 

Lent.az banan və kəsmikdən hazırlanan deserti təqdim edir: 

Lazım olan ərzaqlar: 

Bir paket kəsmik;

İki yetişmiş banan;

Kiçik bir qaşıq bal;

Bir neçə qaşıq xama;

Bir çimdik vanilin;

Bir neçə peçenyevə qoz-fındıq.

Əvvəlcə bananların qabığını soyub parçalara ayırmaq lazımdır. Bananları bir qarışdırıcıya qoyun və hamarlanana qədər püre halına salın. Sonra kəsmiki xama və vanili əlavə edərək qarışdırın. 

Bütün inqrediyentləri əlavə etdikdən sonra blenderlə onu püre halına salın. Bal əlavə edib qarışdırın.

Süfrəyə verməzdən əvvəl üzərinə doğranmış qoz-fındıq əlavə edin.

# 6903
avatar

Sevinc Fərid

Oxşar yazılar