Bu resept yüngül və faydalı yeməkləri sevənlər üçün ideal seçimdir. Kəsmik və pendir əlavə edildiyi üçün kotletlər daha şirəli, yumşaq və dadlı alınır.
Lent.az bu resepti təqdim edir:
Tərkibi:
mintay balıq filesi - 500 qram
kəsmik - 100 qram
sərt pendir - 60 qram
yumurta - 1 ədəd
soğan - 1 ədəd
kərə yağı - 40 qram
bitki yağı - 1 xörək qaşığı
şüyüd - 2 budaq
qara istiot (üyüdülmüş)
duz
suxarı (pane üçün)
Hazırlanma qaydası
Soğanı təmizləyin və orta ölçülü kub şəklində doğrayın. Pendiri xırda sürtgəcdən keçirin. Şüyüdü xırda-xırda doğrayın. Balıq filesini və soğanı ətçəkən maşından keçirin. Üzərinə yumurta, kəsmik, pendir, doğranmış şüyüd, yumşaldılmış kərə yağı, qara istiot və duz əlavə edin.
Hamısını yaxşıca qarışdırın. Soba üçün formanı perqament kağızı ilə örtün və üzərinə bir az bitki yağı çəkin. Əllərinizi azca isladaraq kotletlər düzəldin, hər tərəfini suxarıya bulayın və formaya düzün. Əvvəlcədən 180°C-yə qədər qızdırılmış sobada təxminən 30 dəqiqə, üzəri qızarana qədər bişirin.
Nuş olsun!