“Aşure” şirniyyatı
02 may 2021 19:24 (UTC +04:00)

“Aşure” şirniyyatı

“Aşure” şirniyyatı necə hazırlanır? - Lent.az-ın mətbəxi

 Dünyanın qədim bir şirniyyat növü var, adına "aşure" deyirlər.

Lent.az TRT-yə istinadla bildirir ki, buğda, lobya, noxud, ərik, əncir kimi müxtəlif paxla və çərəzlərin birlikdə qaynadılması ilə hazırlanır.

  Aşure "Nuhun şirniyyatı" olaraq da tanınır. Çünki məşhur inanca görə, böyük tufandan sonra həzrət Nuh və yanındakıların özlərilə götürdükləri yeməklər qurtarmağa başlayır. Gəmidəkilər əllərində qalan bütün yeməkləri bir qazana tökərək qaynadırlar, ortaya dadlı bir şorba çıxır. Türkiyədə bu şirin sulu şorba, yəni aşure şirniyyatı əsasən hicri təqvimilə Məhərrəm ayının aşura, yəni 10-cu günü bişirilir.

  Ümumiyyətlə isə, aşure adı fərqli şəkillərdə İslam coğrafiyasının, demək olar ki, hər yerində müəyyən hadisələri qeyd edərkən bişirilir, evdən, yaxın ətrafdan başlayaraq qonum-qonşuya və tanışlara paylanılır.

  Bəzi xristian ölkələrində də öz dillərin əuyğun adlarla aşure bişirilir, məsələn, Yunanıstanda ölü ehsanından sonra, Ermənistanda isə Yeni il şirniyyatı kimi.

  Şəfalı yemək olduğuna inanıldığına görə, aşure xəstələr və uşaqlar üçün də bişirilir.

  Türkiyənin ayrı-ayrı bölgələrində hazırlanan aşurenin içinə o yerə xas məmulat qoyulur.

  İstəkli yemək və yeməkbişirmə həvəskarları, bu gün sizə “Türkiyə mətbəxi” silsiləsindən həm isti, həm soyuq yeyilə bilən, aşure adlanan sulu bir şirniyyat növünü ümumi tərifi təqdim edirik. Ancaq yenə də siz öz yaradıcılığınızdan istifadə edərək aşuranın içinə istədiyiniz uyğun məmulatı töküb bişirə bilərsiniz. 

  Beləliklə, aşure hazırlamaq üçün nələr lazımdır, onları sadalayırıq:

2 stəkan qabığı soyulmuş buğda,
3 stəkanı şəkər tozu,
yarım stəkan lobya,
yarım stəkan noxud,
yarım stəkan qara kişmiş,
4 ədəd quru əncir,
4 ədəd quru ərik,
bir az fındıq.
  Üstünü bəzəmək üçünsə,

darçın,
qoz ləpəsi qırıqları,
nar dənələri.
  Diqqət, aşure hazırlamaq üçün nələr lazımdır, onları bir də təkrar edirik…

  Sıra gəldi aşureni bişirməyə. 

  Bir gecə əvvəldən buğda, lobya və noxudu ayrı-ayrılıqda isladın. Ertəsi gün buğda, noxud və lobyanı ayrı-ayrı qazanlarda yumşalana qədər xeyli qaynadın. Yumşaldımı, bu dəfə hamısını qarışdırıaraq yenə qaynatmağa davam edin. Sonra şəkər tozu, yuyulmuş kişmiş, kiçik doğranmış əncir və ərikləri tökün. Hamısını birlikdə beş-on dəqiqə bişirdikdən sonra üzərinə fındığı əlavə edib qarışdırın və qazı söndürün. Bir azdan bişən aşuranı isti-isti kasalara tökün. İlıqlaşdıqdan sonra üzərinə qoz ləpəsi qırıqları, darçın və nar dənələri səpərək bəzəyin, süfrəyə verin, və yeyin. Nuş olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4215

Oxşar yazılar

Hansı xiyarlardan turşu qoymaq  olmaz?

Hansı xiyarlardan turşu qoymaq olmaz?

5 iyul 2025 , 12:15
Hamiləlik planlaşdıranlara bu balığı  yemək olmaz

Hamiləlik planlaşdıranlara bu balığı yemək olmaz

4 iyul 2025 , 10:59
Qarğıdalı çubuqları nədən hazırlanır?

Qarğıdalı çubuqları nədən hazırlanır?

4 iyul 2025 , 09:24
Ən yumuşaq balıq kotleti RESEPTİ

Ən yumuşaq balıq kotleti RESEPTİ

3 iyul 2025 , 14:18
Qarabaşağın bilinməyən 5 FAYDASI : Qocalmanı ləngidir və...

Qarabaşağın bilinməyən 5 FAYDASI: Qocalmanı ləngidir və...

3 iyul 2025 , 10:14
Dadlı qarabaşaq yarmasını  necə bişirmək olar: bu məhsulu əlavə edin

Dadlı qarabaşaq yarmasını necə bişirmək olar: bu məhsulu əlavə edin

2 iyul 2025 , 19:42
İri dənəli duzdan QAÇIN:  Bilmədiyimiz ZƏRƏRLƏR

İri dənəli duzdan QAÇIN: Bilmədiyimiz ZƏRƏRLƏR

2 iyul 2025 , 14:34
Şokoladlı tort:  asan və tez RESEPT

Şokoladlı tort: asan və tez RESEPT

1 iyul 2025 , 12:54