Aşura günündə hazırlanan HƏDİK  -  Lent.az-ın MƏTBƏXİ
19 avqust 2021 18:05 (UTC +04:00)

Aşura günündə hazırlanan HƏDİK - Lent.az-ın MƏTBƏXİ

Hər il Aşura günündə ölkənin müxtəlif bölgələrində “aşuravə yahədikadlı yemək bişirilərək paylanılır. Məhərrəmlik ayının 1-ci günündə, yəni Aşura günü “hədikyeməyi hazırlamaq ənənəsi  müsəlman ölkələrinin əksəriyyətində var.

Məsələn, Türkiyədə bu yeməkaşureadlanır. Maraqlıdır ki, türklər bu yeməyi Nuh peyğəmbərin adı ilə bağlayırlar. Buna görə də yeməyin bişirilib paylanılmasını matəm ayini kimi deyil, bayram kimi keçirirlər.

Misirdə isə “aşura  bu gün münasibətlə hazırlanan şirin yeməkdir. Yeməyin tərkibində əsasən buğda olur. Adəti üzrə burada da yemək qohum-qonşu arasında paylanılır. Misirlilərin inancına görə, Aşura Musanın xilas olduğu gündür. Həmçinin bəzilərinin inanclarına görə isə bu gün həm də Adəmlə Həvvanın Yerdə ilk dəfə görüşdüyü gündür.

Məlumata görə, Liviyada da Aşura yeməyi bişirilir və paylanılır.  Onun tərkibində isə əsasən humus və lobya olur.

Azərbaycanda isə bu yemək Aşura gününə ehtiram əlaməti olaraq hazırlanır  və ənənəvi olaraq qohum-qonşuya paylanılır. İmkanı olanlar yeməyi böyük qazanda bişirir, yoldan keçənlərə də təklif edir. Yeməyin tərkibinə buğda, noxud, paxla, quru üzüm, ərik, badam və qoz kimi təxminən 10 paxlalı, meyvə və sərt qabıqlı təamlar qatılır. Hətta bəzi bölgələrdə yeməyin tərkibinə xaşxaş, küncüt, nar, quru alma və portağal da əlavə edilir.

Azərbaycanda isə xalq adətinə görə, İmam Hüseyn (ə) ehsanı adı ilə “hədik” adlı paxlalı bitkilərin məhsullarından ibarət yemək hazırlanır və qohum-qonşuya hədiyyə olunur.

Lent.az bu yeməyin hazırlanma qaydasını təqdim edir:

1 stəkan buğda

Yarım stəkan noxud

7-8 quru ərik

6-7 ədəd ərik qurusu

4 ədəd quru əncir

Yarım stəkan kişmiş

Zövqə görə bal

6-7 ədəd mixək

1 stəkan süd

1 qırmızı alma

Hədiyi bəzəmək üçün nar, qoz, fındıq, badam və darçından istifadə edə bilərsiniz.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5091

Oxşar yazılar

Hansı xiyarlardan turşu qoymaq  olmaz?

Hansı xiyarlardan turşu qoymaq olmaz?

5 iyul 2025 , 12:15
Hamiləlik planlaşdıranlara bu balığı  yemək olmaz

Hamiləlik planlaşdıranlara bu balığı yemək olmaz

4 iyul 2025 , 10:59
Qarğıdalı çubuqları nədən hazırlanır?

Qarğıdalı çubuqları nədən hazırlanır?

4 iyul 2025 , 09:24
Ən yumuşaq balıq kotleti RESEPTİ

Ən yumuşaq balıq kotleti RESEPTİ

3 iyul 2025 , 14:18
Qarabaşağın bilinməyən 5 FAYDASI : Qocalmanı ləngidir və...

Qarabaşağın bilinməyən 5 FAYDASI: Qocalmanı ləngidir və...

3 iyul 2025 , 10:14
Dadlı qarabaşaq yarmasını  necə bişirmək olar: bu məhsulu əlavə edin

Dadlı qarabaşaq yarmasını necə bişirmək olar: bu məhsulu əlavə edin

2 iyul 2025 , 19:42
İri dənəli duzdan QAÇIN:  Bilmədiyimiz ZƏRƏRLƏR

İri dənəli duzdan QAÇIN: Bilmədiyimiz ZƏRƏRLƏR

2 iyul 2025 , 14:34
Şokoladlı tort:  asan və tez RESEPT

Şokoladlı tort: asan və tez RESEPT

1 iyul 2025 , 12:54