3 məhsulla  hazırlanan dadlı dondurma
23 sentyabr 2023 19:34 (UTC +04:00)

3 məhsulla hazırlanan dadlı dondurma

Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik.

Bu dəfə sadəcə 3 məhsuldan hazırlanan və çox ləzzətli dondurma reseptini sizinlə bölüşürük.

Lazım olan məhsullar:

2,5 stəkan soyuq maye krem

400 qram qatılaşdırılmış süd

1 ədəd vanil 

Hazırlanması:

Bir qaba soyuq krem əlavə edin və qatılaşana qədər çırpın. Çırpmağı dayandırmadan qatılaşdırılmış südü yavaş-yavaş əlavə edin. Sonra vanil əlavə edin və çırpmağa davam edin. Qarışığı aşağıdan yuxarıya yavaş-yavaş qaşıqla qarışdırın. Bir qaba qoyub, üzərini örtü ilə örtün. Ən az 3 saat soyuducuda saxlayın.

Nuş olsun

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8298
avatar

Arzu Qurbanlı

Oxşar yazılar