10 mətbəx hiyləsi   – Bunları ən yaxşı aşpazlar bilir
27 dekabr 2023 09:35 (UTC +04:00)

10 mətbəx hiyləsi – Bunları ən yaxşı aşpazlar bilir

Yeməklərin dadlı və gözəl olması üçün bəzi sübut edilmiş mətbəx hiylələri var. Bu fəndləri bilənlər həm də yemək bişirməyi də çox sevir. 

Lent.az həmin hiylələri təqdim edir: 

1. Yumşaq tortu və ya pendiri səliqəli kəsmək üçün möhkəm ipdən istifadə etmək lazımdır. Onun materialının ipək olması arzuolunandır. Tortu və ya pendiri səliqəli parçalara ayırmaq üçün ona ipi keçirib kəsməyə səy göstərin.

2. Xəmiri içinə qoymazdan əvvəl qabı kərə yağı ilə yağlayıb bir az un töksəniz, xəmir bişərkən tavaya yapışmaz.

3. Evdar qadınlar sobada yemək bişirərkən tez-tez bir problemlə qarşılaşırlar. Belə ki, onlar çox vaxt yeməyin alt hissəsinin çiy qalmasından, üstünün isə yanmasından şikayətlənirlər. Bərabər bişirilməni təmin etmək və nəticələri yaxşılaşdırmaq üçün sobanı əvvəlcədən qızdırın. Təxminın bişirməyə başlamazdan 5-15 dəqiqə əvvəl onu yandırın. Bu zaman belə problemlərlə qarşılaşmayacaqsınız. 

4. Əgər tortlar, julyen və s. hazırlamaq üçün lazım olan qablarınız yoxdursa, onları stəkanın və ya başqa bir boşqabın dibini 4 qat qatlanmış folqa ilə bükərək özünüz hazırlayın.

5. Kərə yağını tez əritmək üçün ondan bir parça boşqaba qoyun və üstünü isidilmiş stəkanla örtün. Böyük parçalar üçün buxar banyosundan və ya sürtgəcdən istifadə edə bilərsiniz.

6. Kotletlərin, çizkeklərin  və digər yeməklərin eyni ölçüdə olmasını istəyirsinizsə, stəkan və ya buna bənzər şeylərdən istifadə edin. Kotleti kəsmə taxtasına qoyun, üstünə stəkanı keçirin və onunla bir neçə dairəvi hərəkət etdirin. Bu zaman onlar bərabər formaya sahib olacaqlar. Beləliklə, visual olaraq mükəmməl görünəcəklər. 

7. Qızardılmış ətinizin xırtıldamağını istəyirsiniz? Qızartmadan əvvəl əti kağız dəsmallarla qurudun.

8. Əgər şüşədə hələ də bir az şərab qalıbsa, onu souslara və digər yeməklərə əlavə etmək üçün buz qablarına tökərək dondurun.

9. Ədviyyatları istifadə etməzdən əvvəl 1-2 dəqiqə qızdırılan tavada saxlasanız, daha da aromatikləşəcək.

10. Kəsmə taxtasının stolun üzərində sürüşməsinin qarşısını almaq üçün onun altına nəm dəsmal qoyun. Bu, kəsmə üzərində işləməyi daha rahat edəcəkdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 20977

Oxşar yazılar

Hansı xiyarlardan turşu qoymaq  olmaz?

Hansı xiyarlardan turşu qoymaq olmaz?

5 iyul 2025 , 12:15
Hamiləlik planlaşdıranlara bu balığı  yemək olmaz

Hamiləlik planlaşdıranlara bu balığı yemək olmaz

4 iyul 2025 , 10:59
Qarğıdalı çubuqları nədən hazırlanır?

Qarğıdalı çubuqları nədən hazırlanır?

4 iyul 2025 , 09:24
Ən yumuşaq balıq kotleti RESEPTİ

Ən yumuşaq balıq kotleti RESEPTİ

3 iyul 2025 , 14:18
Qarabaşağın bilinməyən 5 FAYDASI : Qocalmanı ləngidir və...

Qarabaşağın bilinməyən 5 FAYDASI: Qocalmanı ləngidir və...

3 iyul 2025 , 10:14
Dadlı qarabaşaq yarmasını  necə bişirmək olar: bu məhsulu əlavə edin

Dadlı qarabaşaq yarmasını necə bişirmək olar: bu məhsulu əlavə edin

2 iyul 2025 , 19:42
İri dənəli duzdan QAÇIN:  Bilmədiyimiz ZƏRƏRLƏR

İri dənəli duzdan QAÇIN: Bilmədiyimiz ZƏRƏRLƏR

2 iyul 2025 , 14:34
Şokoladlı tort:  asan və tez RESEPT

Şokoladlı tort: asan və tez RESEPT

1 iyul 2025 , 12:54