"Yumurtayla səs açılsa, gərək toyuğun..." - Məşhurlardan gülməcələr
03 oktyabr 2022 20:45 (UTC +04:00)

"Yumurtayla səs açılsa, gərək toyuğun..." - Məşhurlardan gülməcələr

Lent. az “Məşhurlardan gülməcələr” rubrikasına davam edir.

Bir gün məşhur muğam ustaları Əbülfət Əliyevlə Əlibaba Məmmədov Bakı toylarına birlikdə dəvət alırlar. Bakı toylarına gedib muğam oxumaq böyük imtahan, sınaq idi. Çünki bu yerlərdə şeir, qəzəl, muğamatı hər kəs xırdalqılarına qədər bilir, müğənninin səhvi olanda, zilləri düzgün vurmayanda oxumağını saxladıb irad bildirirmişlər.

Məclis başlamazdan öncə Əlibaba Məmmədov səsi açılsın deyə, toy sahibinə çiy yumurta sifariş verir. O, yumurtaları sındırıb çiy-çiy içir.

Əbülfət Əliyev yumurtadan iyrəndiyindən üz-gözünü turşudub deyir. “Əlibaba, sən canın, at onları o yana. A kişi, yumurtayla səs açılsa, gərək toyuğun dalı “Şahnaz” muğamı oxuya, toya da bizi yox, anaş toyuqları çağıralar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4098
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar