Əməkdar artist Nahidə Orucovanın evində məskunlaşan və yataq xəstəsi olan xalq artisti Nuriyyə Əhmədova həmkarının evini tərk edib. Bu barədə Lent.az-a aktrisa Nahidə Orucova məlumat verib. O bildirib ki, yaradıcılıq işləri çox olduğuna görə N. Əhmədovaya qulluq edə bilməyib: “Bilirsiniz ki, Nuriyyə xanım xəstədir. Evi olmadığına görə bizdə qalırdı. Amma daha sonra baxa bilmədiyim üçün onu bacısıgilə qoyduq. Hamı bilir ki, mən səhnə adamıyam. Yaradıcılıq işlərimlə əlaqədar olaraq daim qaça-qaçda oluram. Ona görə də mən Nuriyyə xanıma baxa bilmədim”.
Qeyd edək ki, N. Əhmədova yanvarın 23-də gecə saatlarında hipertoniya və qan dövranının pozğunluğu diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Bir müddət xəstəxanada nəzarət olunan aktrisa daha sonra həmkarı N.Orucovagildə müalicə olunurdu.