Uşaqlar Heydər Əliyev Sarayında əyləndilər
25 mart 2013 10:19 (UTC +04:00)

Uşaqlar Heydər Əliyev Sarayında əyləndilər

Heydər Əliyev Sarayında uşaqlar üçün “Novruz şənliyi” keçirilib. Lent. az-ın məlumatına görə, əyləncəli konsert proqramında ölkəmizin  tanınmış uşaq kollektivləri iştirak ediblər. Şənlikdə rəqs kollektivlərinin ifasında milli və  müasir rəqslər, muğam, aşıq ifaları, xüsusilə Novruzun sevimli qəhrəmanları olan Keçəl və Kosanın məzəli deyişmələrindən ibarət  səhnəciklər uşaqların böyük sevincinə və  marağına səbəb olub.

Şənlikdə iştirak edən xalq artisti Faiq Ağayev, müğənni Yaşar Cəlilov, Nicat Məhərrəmov iştirak edərək, uşaqları  təbrik ediblər.


Qeyd edək ki, şənlikdə Sarayın rəhbərliyinin dəvəti ilə, “UAFA” təşkilatı, Beynəlxalq Əlillər Cəmiyyəti, Binəqədi veteranlar təşkilatı, Nərimanov rayonu Əlillər cəmiyyəti, “Himayə” uşaq təşkilatı, “Dəcəllər” daun sindiromlu uşaqların təşkilatı, Yasamal rayonu müharibə veteranları və şəhid ailələri cəmiyyəti, “Ay İşığında” ictimai birliyi, 20 yanvar şəhid ailələrindən olan uşaqlar və ailə üzvləri təmənnasız olaraq iştirak ediblər.

Konsertin informasiya dəstəkçiləri Lent.az informasiya agentliyi, Kaspi və Mədəniyyət qəzetləri, Kanal-S televiziyasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1114

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21