Ukrayna və Belarusun tanınmış opera solistləri Bakıya gəlir
29 yanvar 2015 14:37 (UTC +04:00)

Ukrayna və Belarusun tanınmış opera solistləri Bakıya gəlir

Fevralın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında nümayiş olunacaq C. Puççininin “Madam Batterflyay” (“Çio-Çio-San”) operasında Ukrayna və Belarusdan olan tanınmış vokalçılar iştirak edəcək. Teatrdan Lent.az-a verilən məlumata görə, tamaşada Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının  solisti, Belarusun əməkdar artisti Yelena Bundeleva Çio-Çio-San və Ukrayna Milli Operasının solisti, Ukraynanın əməkdar artisti Mixail Kirişev isə Şarples rolunu oynayacaq.

 

 

Tamaşada həmçinin Azərbaycanın əməkdar artistləri Səbinə Vahabzadə (Suzuki) və Fərid Əliyev (Pinkerton) də çıxış edəcək. Operaya xalq artisti Yalçın Adıgözəlov dirijorluq edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 130
avatar

Oxşar yazılar