“Doqquzlamaq” nə deməkdir? - Belə yaranıb
23 iyul 2024 19:36 (UTC +04:00)

“Doqquzlamaq” nə deməkdir? - Belə yaranıb

Dilimizdə maraqlı ifadələr var. “Həftə səkkiz, mən doqquz”, “ doqquzlamaq”, “adım çıxmış doqquza, enməz  səkkizə” kimi el məsəllərini çoxları eşidib.

Bəs bu ifadələr niyə, necə yaranıb?

Lent.az “ Belə yaranıb” rubrikasında doqquz rəqəminin mistikasından, onunla bağlı ifadələrin yaranmasından bəhs edir.

Öncə deyək ki, türk dünyasında 3, 7, 9  uğurlu simvollar hesab edilirdi. Atalar üçdən deyib, 7 gün, 7 gecə şadyanalıq etmək, 9 gün yol getmək kimi ifadələr də beləcə dilimizdə ilişib qalıb.

Türk xaqanları bir-birlərinə hədiyyə göndərəndə hər hədiyyədən 9 ədəd göndərərdilər. Bəzən hədiyyələrin sayı çox olanda onları doqquzladardılar, yəni 18 ədəd edib, iki doqquz, 27 ədəd göndərib 3 doqquzluq edərdilər. Buna doqquzlatmaq deyilərdi. Eyni qaydada üçü, yeddini də üçlədər, yeddilədərdilər.

Dilimizdə ironiya ilə işlədilən “üçləmək”, “doqquzlamaq” ifadəsi də özünü yekə aparıb, lovğalanan bir verdiyini 3 deyən adamlar haqqında işlədilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4491
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar