Bu il baxmalı olduğunuz 15 ən yaxşı animasiya filmi
25 iyul 2024 12:50 (UTC +04:00)

Bu il baxmalı olduğunuz 15 ən yaxşı animasiya filmi

Cizgi filmləri süjetləri və mövzuları ilə ən çox baxılan film janrları sırasındadır. Həm uşaqlarınızla, həm də sevdiklərinizlə izləyə biləcəyiniz cizgi filmlərini sizin üçün topladıq.

Lent.az bu il baxmalı olduğunuz 15 ən yaxşı animasiya filmini təqdim edir.


Yeni əfsanə
Yeni əfsanə özü və oğlunun həyatı naminə super güclü heyəti olan komandaya qalib gəlməyə aparmağa çalışan LeBronun hekayəsindən bəhs edir.


Çirkin Kuklalar
Günləri həmişə xoşbəxt olan azad ruhlu bir insan yaşadığı şəhərdəki dağın o tayında nə olduğunu dəli kimi fikirləşir. Orada nə baş verdiyini öyrənmək üçün dostları ilə bir macəraya çıxır.

Sən heç vaxt tək uçmayacaqsan 
Hələ uçmağı öyrənməmiş quş balası Puloi ailəsi Cənuba köç edərkən qütblərdə tək qalmalı olur. Bu vəziyyətdən istifadə edən və yeni dostlar qazanan Puloi qütbdəki düşmənlərdən qarşı canını qurtarmağa çalışır.

Super agentlər
Sözün əsl mənasında iki əks personaj olan gizli agentlər Vladimir və Hektor çətin bir missiya  il
 dünyanı xilas etmək üçün əyləncəli, lakin çətin bir macəraya başlayırlar.


Kirpi Latte və Sehrli daş
Dəcəl və yaraşıqlı kirpi olan Latte çox enerjili və dcəl olduğu üçün həmişə bəlaya düçar olur. Yaşadığı meşədə quraqlıq yaranmağa başlayanda o, dələ dostu ilə meşəyə su gətirmək üçün maraqlı macəraya başlayır.

 Hank əfsanəsi
Arzularının gerçəkləşəcəyinə ümid edən samuray rəqiblərini məğlub etmək üçün qeyri-ənənəvi bir yol tutur və məhkəmədə iddia qaldırır! 

Möcüzələr Parkı
Sadəlövh və xəyalpərəst qız İyun meşədə sehrli səyahətə çıxır. O, meşədə əvvəllər görmədiyi əyləncə parkı kəşf edir, lakin bu park ona çox tanış görünür. Bir müddət sonra anlayır ki, bu əyləncə parkı öz təxəyyülü ilə yaratdığı məkandır. Lakin bu əyləncə parkı təhlükə altında olduğundan onu xilas etmək istəyir və sevimli dostları ilə bir araya gəlir.


Addams Ailəsi
Ömrünü ərinə və uşaqlarına həsr edən Morticia, bayrama hazırlaşarkən realiti-şounun kraliçası Marqaux Needlerlə qarşılaşır. Bu ikisinin görüşü hər şeyi dəyişir...


Transformaniya
 Drakula və ailəsinin macəralarından bəhs edir. Genndi Tartakovski təkcə ölkəmizdə deyil, bütün dünyada çox yaxşı kassa göstəriciləri əldə edən və böyük və kiçik bütün tamaşaçıları əyləndirməyi bacaran “Otel Transilvaniya” serialının hər üç filminin rejissoru olub.

 İtirilmiş Şahzadə
Şahzadələr, sehrbazlar və cəngavərlər dövründə keçən bu hekayədə Ruslan cəngavər olmaq arzusundadır. Ruslan Mila ilə tanış olur və ona aşiq olur, lakin onun padşahın qızı olmasından xəbərsizdir. Sehrbaz Kornomor onları ayırmaq üçün Milanı qaçırır və cəngavər Ruslan bu sehrbazın arxasınca gedir.


 Boss uşaq
Ən böyük arzusu it sahibi olmaq olan Timin 7 yaşı var. Anası və atası yanında olmayanda səlis danışan bu balaca əslində bir casusdur və onun həll etməli çox, çox vacib bir problemi var...

Luk
Luk  gündəlik həyata dərindən təsir edən yaxşı və pis şanslar arasında minilliklər boyu davam edən döyüş tarixini öyrənmək üçün macəraya başlayır.

Kirpi Sonic
Hökumət insan formasında olan Sonicin axtarışına başlayır. Onu görən hər kəs təəccüblənir. Sonikin maraqlı macəralarını izləməyə dəyər.

Qarlar ölkəsi
 Elza həyatına təsir edən sualın cavabını axtarır. Niyə Elza sehrli güclərlə doğulub? Bu sualın cavabını tapmaq üçün Elza Erindelin kənarındakı meşəyə, naməlum bir yerə gedir və keçmişi ilə bağlı həqiqətlə qarşılaşır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 897
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar