Türkiyəli Əmrah: “ Göz yaşlarıma hakim ola bilmədim”
24 mart 2013 01:45 (UTC +04:00)

Türkiyəli Əmrah: “ Göz yaşlarıma hakim ola bilmədim”

Martın 23-də Nizami Kino Mərkəzində türkiyəli tanınmış aktyor və müğənni Əmrah Erdoğanın rejissorluğu ilə çəkilən “Gəlməyən Bahar” filminin təqdimat mərasimi keçirilib.

Lent.az-ın məlumatına görə, paytaxtımızdan öncə Ankara, Köln və Berlində keçirilən klipin təqdimatında  millət vəkili Qənirə Paşayeva, filmin aktyorları Turqay Tanülkü, Gürkan Tavukçuoğlu, filmin rejissoru Əmrah və əməkdar artist Tünzalə Ağayeva iştirak edib.

 

Təqdim olunan  film qadın zorakılığından və əzəblara məhkum olunmuş sevgidən bəhs edir. Film nümayiş olunduqdan dərhal sonra mətbuat konfransı keçirən türkiyəli müğənni Əmrah media nümayəndələrinin suallarını cavablandırırb: “ Mən Azərbaycanı çox sevirəm. İllərdir sizlərin mənə qarşı olan hörmətinizi, sevginizi görməkdəyəm. Bu gün rejissorluq işimin bəhrəsini  sizlərə təqdim etdim.  İlk olaraq filmi çəkməyə başlayanda 39 yaşım var idi. İndi   42 yaşım var. Gördüyünüz kimi  film qadın zorakılığından, şiddətdən bəhs edir. Filmə baxdığım zaman mən də göz yaşlarıma hakim ola bilmədim.  Çünki qadınlar bizim analarımızdır. Bir yaşım olanda atam dünyasını dəyişdi.

 

Mən bu yaşımda da anamın gözlərinə diqqətlə baxdığım zaman ağlayıram. Ümumiyyətlə, bütün qadınlarımıza qarşı zorakılığa “yox” dediyim üçün bu filmi çəkdim.

Bir daha hər kəsə təşəkkürümü bildirirəm”.

 

Daha sonra millət vəkili Qənirə Paşayeva çıxış edərək bildirdi ki, bu kimi filmlərin nümayiş olunması tədqirə layiqdir.

” Hesab edirəm ki, bu kimi filmlərin Azərbaycanda təqdim olunması müsbət haldır. İlk dəfədir ki, mən bir film təqdimatında axıra qədər qalıb, filmi izləyirəm. Filmi izlədiyim zaman çox duyğulandım və göz yaşlarıma hakim ola bilmədim” - deyə, millət vəkili əlavə edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2202
avatar

Yalçın UĞUR

Oxşar yazılar