Türkiyədə səfərdə olan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Nofəl Vəliyev vətənə qayıdıb. Teatrdan Lent.az-a verilən məlumata görə, Antalya Böyükşəhər Bələdiyyə Teatrının dəvəti ilə Türkiyəyə gedən aktyor bu ölkədə tamaşa səhnələşdirib.
Aktrisa və yazar Pərvin Ünalpın “Gec qalanlar” əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Nofəl Vəliyev, işıq üzrə rəssamı Vadim Kuskov, musiqi tərtibatçısı İhsan Kılavuz, rejissor assistenti Ruteba Tatlı olub. Səhnə əsərində rolları teatrın istedadlı aktyorları Hasibe Özgür, Hüseyn Ataf, Sencan Köymen, Sərfinaz Özgür ifa ediblər.
Hazırda iki teatr rəhbərliyi arasında aparılan danışıqlar nəticəsində qarşılıqlı yaradıcılıq müqaviləsinin imzalanması barədə razılaşma əldə olunmaqdadır.