Türkiyədə Məhəmməd Əmin Rəsulzadənin “İhtilalci Sosyalizm və Demokrasi” adlı kitabı işıq üzü görüb. Lent.az-ın xəbərinə görə, kitab M.Ə.Rəsulzadənin 130 illiyi münasibətilə çap olunub.
Kitabda M.Ə.Rəsulzadənin iki önəmli risaləsi və digər 10 yazısı yer alıb.
Kitabın ön sözünü professor Cəmil Həsənli yazıb. Ön sözdə M.Ə.Rəsulzadənin yaşadığı siyasi mühit və fəaliyyəti haqqında geniş bilgi verib.
Kitabı Türkiyə Türkcəsinə araşdırmaçı - yazar Ramin Cabbarlı çevirib.
Kitab İstanbulun “Doğu” nəşriyyatında nəşr olunub.