<b>Xalq artisti xəstəxanadadır - <span style="color:red;">HƏKİM DANIŞDI </b>
13 mart 2019 14:51 (UTC +04:00)

Xalq artisti xəstəxanadadır - HƏKİM DANIŞDI

Xalq artisti, bəstəkar Tofiq Bakıxanov bu gün sol gözündən əməliyyat olunub. Bəstəkarın gözlərini əməliyyat edən Paşa Qəlbinurun Lent.aza dediyinə görə, bəstəkarın sağ gözünü hələ bir-neçə ay əvvəl əməliyyat edib:

 

“Hər iki gözündə problem vardı, həm də bir deyil, bir neçə xəstəlik aşkar etmişdik. Sağ gözü əməliyyat elədik, görməsi bərpa olundu. Bəstəkarın yaşı çox olduğu üçün sol gözünün əməliyyatı üçün bir qədər zaman tələb olunurdu. Sol gözünün indi əməliyyat etdik, şükür vəziyyəti yaxşıdır, gözləri cavan oğlan gözləri qədər işıqlıdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1382
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar