Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəfəs və zərb alətləri kafedrasının dosenti, Əməkdar incəsənət xadimi Rüfət Axundzadənin tələbələri “Testene Art Baku” beynəlxalq müsabiqəsində iştirak ediblər.
BMA-dan Lent.az-a verilən məlumata görə, tələbələrdən iki nəfər müsabiqədə əli dolu qayıdıblar. Turanə İsayeva birinci, İsa Məmmədzadə isə ikinci yerə layiq görülüblər. Qaliblərə mükafat verilib.