Sentyabrın 12-dən 20-dək Belarusun Respublikasının Brest şəhərində XVIII “Belaya Veja” (“Ağ qala”) Beynəlxalq Teatr Festivalı keçiriləcək. Lent.az-ın məlumatına görə, festivala Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi də iştirak edəcək.
Kollektiv festivalda S. Bekketin eyniadlı pyesi əsasında hazırlanmış “Sözsüz” mono tamaşası ilə çıxış edəcək. Quruluşçu rejissoru İsa Əsədov olan tamaşanın əsas qəhrəmanı əməkdar artist Şövqi Hüseynovdur.
Qeyd edək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 87-ci teatr mövsümünə sentyabr ayının 20-də saat 12.00-da Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanmış “Danışan gəlincik” tamaşası ilə start verəcək.