YUNESKO-nun elan etdiyi Seyid Yəhya Bakuvi ili çərçivəsində Seyid Yəhya Şirvani (Bakuvi) saytının (www.seyidyahyashirvani.az) təqdimatı olacaq. Lent.az-ın məlumatına görə, təqdimatda millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu” İB-nin sədri Qənirə Paşayeva, Dr. Mehmet Rıhtım, “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İB-nin rəhbəri Fariz Xəlilli və digər qonaqlar Seyid Yəhya irsinin təbliği istiqamətində görülən işlər haqqında məlumat verəcəklər. Mərasimdə tanınmış ziyalılar, gənclər, media nümayəndləri iştirak edəcək.
Qeyd edək ki, www.seyidyahyashirvani.az internet səhifəsində mütəfəkkirin həyatı, əsərləri, davamçıları haqqında ən son elmi araşdırmaların nəticələri barədə məlumatlar Azərbaycan dilində yerləşdirilib.