Lent.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, onun konserti musiqi dünyasında həmişə mühüm hadisədir.
Qeyd edək ki, cari ilin aprel ayında Sevara Nazarxan Bakıda konsert vermişdi. Onun Azərbaycan ifaçıları Rövşən Qurbanov (tar) və Elnur Zeynalov ilə (xanəndə) kollaborasiyası qızğın müzakirələrə səbəb olmuşdu.
Özbək müğənninin qastrolunu təkrarlaması üçün tamaşaçıların çoxsaylı xahişləri diqqətdən kənar qalmayıb və Sevara Nazarxan ekskluziv proqramla geri qayıtmağa qərar verib.