Serbiyanın sabiq prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub
01 noyabr 2013 04:10 (UTC +04:00)

Serbiyanın sabiq prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub

 

 Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubu arasında mövcud olan əməkdaşlıq çərçivəsində Serbiyanın sabiq prezidenti Boris Tadiç Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub.

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Lent.az-a verilən xəbərə görə, sabiq prezidentə Nizami Gəncəvinin irsi haqqında ətraflı məlumat verilərək mərkəzə məxsus olan orijinal əlyazma və illüstrasiyalardan ibarət kolleksiyanın təqdimatı olub.

 

Boris Tadiçlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun birgə təşkil etdiyi Birinci Cənubi Qafqaz Forumunun nəticələri müzakirə olunub, qarşıda gözlənilən Avstraliya Forumu və 2014-cü ilin aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulan “2015 Minilliyin İnkişafı Proqramı”na həsr olunmuş Forum və ona hazırlıq prosesi müzakirə edilib.

 

Boris Tadiç Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun reallaşdırdığı layihənin əhəmiyyətini vurğulayaraq öz dəstəyini bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 844
avatar

Oxşar yazılar