Səfirin xanımı Mehriban Əliyevanın portretini çəkdi
26 avqust 2014 22:55 (UTC +04:00)

Səfirin xanımı Mehriban Əliyevanın portretini çəkdi

Azərbaycanın Çindəki səfiri Lətif Qəndilovun həyat yoldaşı Nailə Qəndilovanın həvəskar rəssam olaraq yaxın günlərdə Pekində fərdi sərgisi açılacaq.

 

 

Səfirlikdən Modern.az saytına verilən xəbərə görə, Nailə Qəndilovanın Pekində sərgilənəcək rəsmlərindən biri Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunub. “Qəlbimin sevgisi ilə” adlanan bu rəsm tablosu Mehriban Əliyevanın yubileyi münasibətilə yaradılıb.

 

Qeyd edək ki, Lətif Qəndilov ölkə başçısının 16 avqust 2011-ci il sərəncamı ilə Azərbaycan Respublikasının Çindəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1745
avatar

Oxşar yazılar