Şəmkirdə 12 yaşlı qızı bacısı öldürübmüş  - TUTULDU - YENİLƏNİB
25 iyul 2026 13:02 (UTC +04:00)

Şəmkirdə 12 yaşlı qızı bacısı öldürübmüş - TUTULDU - YENİLƏNİB

0

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən şəxs tutulub.

Lent.az APA-ya istinadla bildirir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən bacısı, 16 yaşlı S. Rəhimova saxlanılıb.

Araşdırmalar davam etdirilir.

***
24 iyul, saat: 21:57

Şəmkirdə bıçaq xəsarəti alan qız xəstəxanada ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, rayonun Mahmudlu kənd sakini, 2014-cü il təvəllüdlü Ə. Namazova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə qızın valideynləri onun bu gün itkin düşməsi ilə bağlı polisə müraciət ediblər.

Lakin bundan bir qədər sonra yeniyetmə öz həyətyanı sahələrindən yaralanmış şəkildə tapılıb.

Hazırda hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2497

Oxşar yazılar