Volvo EX60 rəsmi testlərdə gözləntiləri üstələdi
25 iyul 2026 07:43 (UTC +04:00)

Volvo EX60 rəsmi testlərdə gözləntiləri üstələdi

0

Volvonun yeni tam elektrikli SUV modeli EX60 satışa çıxmamışdan əvvəl ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) rəsmi sınaqlarından gözləniləndən daha yüksək yürüş məsafəsi ilə keçib.

Lent.az xəbər verir ki, beləliklə, EX60 markanın indiyədək ən uzun mənzilə malik elektrik avtomobili olub.

İki mühərrikli tamötürücülü EX60 P10 AWD versiyasının bir enerji doldurması ilə 531 kilometr yol qət edə bildiyi təsdiqlənib. Bu göstərici Volvonun təqdimat zamanı açıqladığı proqnozdan 13 kilometr çoxdur. Arxa ötürücülü P6 versiyası isə 494 kilometr yürüş məsafəsi təqdim edir. Böyük, 22 düymlük disklər seçildikdə isə aerodinamik müqavimət səbəbindən yürüş məsafəsi bir qədər azalır.

Model yeni 800 voltluq elektrik platforması üzərində hazırlanıb və 370 kVt gücündə sürətli enerji doldurmanı dəstəkləyir. Uyğun doldurma məntəqəsində cəmi 10 dəqiqəlik enerji yığmaqla avtomobil təxminən 265 kilometr əlavə məsafə qət edə bilir. Şimali Amerika bazarında isə EX60 Teslanın Supercharger şəbəkəsindən adapter olmadan istifadə edə biləcək ilk Volvo modeli olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 289

Oxşar yazılar