Röya və Alim Qasımov Qəbələdə konsert verəcəklər
08 avqust 2013 14:38 (UTC +04:00)

Röya və Alim Qasımov Qəbələdə konsert verəcəklər

Azərbaycanın tanınmış müğənnisi Röya avqustun 10-da Qəbələdə keçiriləcək konsertinə hazırlaşır. Qəbələ Qafqaz Sport Hoteldə gerçəkləşəcək gecədə, Röya ilə yanaşı meyxanaçı Vüqar və DJ Cina səhnə alacaq. Bu barədə Lent.az-a konsertin təşkilatçısı Nahid Emiloğlu məlumat verib: “Röyanın konsertindən 1 gün qabaq, yəni 9 avqustda, Qəbələdə xalq artisti Alim Qasımovla birgə qızı Fərqanənin konserti olacaq. A.Qasımov qızı ilə birgə Azərbaycanın xalq mahnıları və muğamlarını dəsgah şəklində təqdim edəcək. 10 avqusta isə Röyanın konserti olacaq. Bu konsertdə Röya ən sevilən hit mahnılarını ifa edəcək. Bir sözlə, maraqlı gecə olacaq”.

 

Qeyd edək ki, xalq artisti A.Qasımovun və Röyanın Qəbələ konsertinin informasiya dəstəkçisi Lent.az-dır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1712
avatar

Yalçın UĞUR

Oxşar yazılar