Aprelin 28-də Leopold və Mstislav Rostropoviçlərin ev muzeyində böyük violonçel ustası M. Rostropoviçin xatirəsinə həsr olunan musiqili gecə keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə dirijor Cavad Tağızadənin rəhbərliyi altında Azərbaycan Bəstəkarlar İttifaqının nəzdində yaradılmış “Simfonietta” orkestrinin ifasında konsert proqramı səslənəcək. Maestronun həyat və yaradıcılığı haqqında geniş məlumat veriləcək, onun bir insan və bir musiqiçi kimi göstərdiyi xidmətlərdən bəhs olunacaq.
Tədbirdə iştirak edəcək qonaqlar M. Rostropoviçlə bağlı maraqlı xatirələrini bölüşəcək, maestronun şəxsi əşyaları və fotoşəkillərindən hazırlanmış sərgi ilə tanış olacaqlar.