Aprelin 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, xalq artisti Ramiz Mirişlinin 80 illik yubileyi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, yubiley gecəsində Rauf Abdullayevin bədii rəhbərliyi və baş dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestri və Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası konsert verəcək.