Rafiq Hüseynov: "Özümü yaxşı hiss edirəm"
07 iyun 2014 11:52 (UTC +04:00)

Rafiq Hüseynov: "Özümü yaxşı hiss edirəm"

0

“Müalicəm davam edir. Son dəfə kimya terapiyanı Türkiyədə almışam. Hazırda özümü yaxı hiss edirəm".

 

Səhhəti ilə bağlı APA TV -yə məlumat verən məşhur diktor, xalq artisti Rafiq Hüseynov deyib ki, səhhətində ümumi zəiflik var. Bu isə uzun sürən müalicənin nəticəsidir: "Baxdılar, müayinə elədilər, "hər şey qaydasındadır" dedilər. Cəmi 4 kimya-terapiya almışam. Təşəkkür edirəm, tez-tez məni yada salırsınız". 

 

Rafiq Hüseynov deyir ki, müalicəsini davam etdirmək üçün 3 aydan sonra yenidən Türkiyəyə getməsi gözlənilir.

 

Xatırladaq ki, Rafiq Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, dekabrın 10-da Türkiyədə əməliyyat olunub. Həkimlər 4 saat çəkən əməliyyatla onun ağciyərinin üstündəki şişi götürüblər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1129

Oxşar yazılar