Qənirə Paşayevadan yeni layihə
29 iyul 2013 15:46 (UTC +04:00)

Qənirə Paşayevadan yeni layihə

Millət vəkili Qənirə Paşayevanın “Qapını aç, bu quluna, ey Rəbbim!” şeirinə Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva musiqi bəstələyib. Lent.az-ın məlumatına görə, bu əsəri müəlliflər bəstəkarımız Şəfiqa Axundovanın xatirəsinə ithaf etməklə bərabər bütün müsəlmanlara hədiyyə ediblər.

Musiqi əsəri üzərində son tamamlama işləri gedir. Onun hazır versiyası Ramazan bayramında, Tünzalə Ağayevanın konsertində dinləyicilərə təqdim olunacaq.

Konsert şəhid ailələri, milli qəhrəman ailələri, qaçqın və məcburi köçkünlər, imkansız insanlar üçün nəzərdə tutulub.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1089
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar