Əməkdar artist Aybəniz Haşımova və millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB Tovuz rayonunda ön cəbhədə olublar. Lent. az-ın məlumatına görə, burada "Dostluq körpüsü" layihəsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Tacikistan və Kubanın tanınmış sənətçiləri iştirak edib. Hərbçilərimizə konsert veriblər.
Qənirə Paşayeva çıxış edərək "Dostluq körpüsü" adlı bu layihənin önəmindən danışıb. Layihənin təşəbbüskarı Aybəniz Haşımovaya və xarici ölkələrdən gəlmiş sənətçilərə xüsusi təşəkkürünü bildirib.
Bu layihənin və tədbirin həyata keçirilməsinə dəstək verməkdən böyük məmnuniyyət duyduqlarını deyən millət vəkili Azərbaycan, Türkiyə, Qazaxıstan, Tacikistan və Kubanın tanınmış sənətçilərinin ön cəbhədə əsgərlərimiz qarşısında konsert proqramı ilə çıxış etmələrinin əhəmiyyətini diqqətə çatdırıb.