Putin Vaqif Mustafayevi “Dostluq” ordeni ilə təltif etdi
08 may 2015 16:56 (UTC +04:00)

Putin Vaqif Mustafayevi “Dostluq” ordeni ilə təltif etdi

0

 

Rusiya prezidenti Vladimir Putin tanınmış kinorejissor, Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı Vaqif Mustafayevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, fərmanın mətni RF-nin rəsmi hüquqi informasiya internet portalında yerləşdirilib.

 

V. Mustafayev Rusiya Federasiyasının “Dostluq” ordeninə “RF ilə dostluq və əməkdaşlığın möhkəmlənməsinə, ticari-iqtisadi və mədəni əlaqələrin inkişafına böyük töhfəsinə görə” layiq görülüb.

 

V. Mustafayev “Bəyin oğurlanması”, “Yaramaz”, “ Hər şey yaxşılığa doğru”, “Milli bomba” kimi tanınmış filmlərin, ümummilli lider Heydər Əliyev haqqında silsilə sənədli filmlərin, o cümlədən tamaşaçıların böyük rəğbətini qazanmış “Lider”, “Əsl məhəbbət haqqında”, “Bir həsədin tarixi” filmlərinin rejissorudur. Onun filmləri dəfələrlə müxtəlif nüfuzlu beynəlxalq kinofestivallarda mükafatlara layiq görülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 291

Oxşar yazılar