Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva avqustun 26-da Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin açılışında iştirak ediblər. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev mərasimdə çıxış edib.
Daha sonra akademik Teymur Bünyadov, xalçaçılıq üzrə ekspert Məmmədhüseyn Hüseynov və muzeyin direktoru Röya Tağıyeva çıxış ediblər.
Onlar ölkənin birinci xanım Mehriban Əliyevanı ad günü münasibətilə də təbrik ediblər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeydə yaradılmış şəraitlə tanış olublar, burada nümayiş etdirilən xalçalara baxıblar.
Sonda xatirə şəkli çəkdirilib.