Prezident İlham Əliyev Rəfiq Zəka Xəndanın 75 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, ölkə başçısının sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, şair Rəfiq Zəka Xəndanın 75 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirəcək.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
2014-cü ildə Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, respublika Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi, professor Rəfiq Zəka Xəndanın anadan olmasının 75 illiyi tamam olur.