2026-cı il dünya çempionatındakı parlaq çıxışı ilə futbolsevərlərin rəğbətini qazanan Kabo-Verde millisinin qapıçısı Vozinya Çilinin ən titullu klubu "Kolo-Kolo"ya transfer olunur.
Lent.az xəbər verir ki, klubun prezidenti Anibal Mosa gecə saatlarında qolkiperlə bir il yarımlıq müqavilə imzalandığını açıqlayıb.
Bildirilib ki, Vozinya yaxın günlərdə tibbi müayinədən keçəcək və daha sonra iyulun 30-da Çili Birinci Divizionunda "Deportes Limaçe" ilə keçiriləcək oyun ərəfəsində "Monumental" stadionunda azarkeşlərə təqdim olunacaq.
40 yaşlı qolkiper DÇ-2026-da İspaniya millisi ilə qolsuz heç-heçə (0:0) başa çatan oyundan sonra dünya şöhrəti qazanıb. Hazırda onun sosial şəbəkələrdəki izləyici sayı təxminən 30 milyona çatıb ki, bu da dünyanın heç bir qapıçısında yoxdur.
Dünya çempionatından sonra Lionel Messinin çıxış etdiyi "İnter Mayami"nin də onunla maraqlandığı iddia edilib.
Qeyd edək ki, Vozinya bir neçə gün əvvəl 2026-cı il dünya çempionatının rəmzi millisində əsas qapıçı kimi də yer alıb.