Tayson   futbol tarixinin ən böyük  oyunçusunu AÇIQLADI
25 iyul 2026 14:21 (UTC +04:00)

Tayson futbol tarixinin ən böyük oyunçusunu AÇIQLADI

0

Boks əfsanəsi, ağır çəkidə keçmiş mütləq dünya çempionu Mayk Tayson futbol tarixinin ən böyük oyunçusunun kim olduğunu açıqlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, jurnalistin Lionel Messi ilə Dieqo Maradona arasında seçim etməsini istədiyi Tayson tərəddüd etmədən Maradonanın adını çəkib.

"Mən həmişə Maradonanı futbol tarixinin ən böyük oyunçusu hesab edəcəyəm. Amma bu, Messinin də böyük futbolçu olmadığı anlamına gəlmir", – deyə Tayson bildirib.

59 yaşlı amerikalı vurğulayıb ki, Maradona ilə şəxsi dostluğu onun fikrində mühüm rol oynayır.

"Mən Maradonanı tanıyırdım, amma Messini tanımıram. Mən ona hörmət edir və onu sevirəm. Sadəcə, onu Maradonanı tanıdığım qədər tanımıram. Maradona möhtəşəm insan idi. O, mənim üçün qardaş kimi idi. Messi bunu anlayar", – deyə Tayson müsahibəsində bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar