Prezident İlham Əliyev Elza İbrahimovanın 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, bəstəkar Elza İbrahimovanın 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək.
Sərəncamdan irəli gələn məsələləri həll edilməsi Nazirlər Kabinetinə tapşırılıb.