Parisdə beynəlxalq caz günü qeyd olunur
30 aprel 2015 03:25 (UTC +04:00)

Parisdə beynəlxalq caz günü qeyd olunur

Bu gün Parisdə beynəlxalq caz günü münasibətilə müxtəlif ölkələrin caz ustalarının paytaxt sakinləri qarşısında çıxışı nəzərdə tutulur.

 

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, UNESCO-nun 70 illiyinə həsr olunan caz musiqisi Parisin 20 regionunu əhatə edəcək. Həmin gün 30-a yaxın caz konserti tamaşaçılara pulsuz təqdim olunacaq.

 

Azərbaycanın virtuoz ifaçıları da caz günündə ölkəmizi təmsil edəcəklər. Artıq fransalı cazsevərlərə yaxşı tanış olan İsfar Sarabski Parisin beşinci meriyasında və UNESCO-da çıxış edəcək.

 

“Cəngi” ansamblı və gənc cazmen Etibar Əsədlinin isə Parisin məşhur caz klublarında musiqisevər fransız pərəstişkarları qarşısında çıxışları nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 171
avatar

Oxşar yazılar