“İt gəzdirən xanım” tamaşası Azərbaycan Dövlət Pantomima Teatrının bu ay da repertuara salınıb.
Lent.az-ın məlumatına görə, A.P.Çexovun eyniadlı hekayəsi əsasında hazırlanan səhnə əsəri sentyabrın 26-da tamaşaçıların ixtiyarına veriləcək.
Leyla Atayevanın quruluşunda baxılacaq tamaşada rəsmlərin quruluşu Nurlan Rüstəmova, əsərin plastik həlli isə Xalq artisti Bəxtiyar Xanızadəyə məxsusdur.
Tamaşada rolları əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev və Beyrək Rüstəmov canlandıracaq.
Qeyd edək ki, A.P.Çexovun “İt gəzdirən xanım” hekayəsi əsasında 1960-cı ildə “Lenfilm” kinostudiyasında eyniadlı film də ekranlaşdırılıb.