Opera və Balet teatrının solisti Azərbaycandan gedir
27 may 2013 12:27 (UTC +04:00)

Opera və Balet teatrının solisti Azərbaycandan gedir

Opera və Balet teatrının solisti Cahangir Qurbanov növbəti klipinin çəkilişlərinə hazırlaşır. Lent. az-ın məlumatına görə, adətən rus dilində oxuyan müğənni  "Moya bezumnaya lyubov" mahnısına klip çəkdirəcək. Bu, onun sayca 8-ci klipi olacaq.

Klipə Nail Naiboğlu rejissorluq edəcək. Bununla bağlı çəkiliş qrupu bu gün Gürcüstana yola düşəcək.

 

Qeyd edək ki, Cahangir Qurbanov teatrda işlədiyi qısa müddət ərzində bir neçə səhnə əsərində rol alıb. "Leyli və Məcnun"da Nofəl, "Sevil"də Atakisi, "Toska"da Ancelotti, "Şah İsmayıl"da "Aslan şah", "Koroğlu"da Koroğlunun atası Alı obrazlarını yaradıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1109
avatar

Yalçın UĞUR

Oxşar yazılar