Opera və Balet Teatrında “Sehirli alma” baletinin  premyerası olacaq
21 may 2015 14:21 (UTC +04:00)

Opera və Balet Teatrında “Sehirli alma” baletinin premyerası olacaq

Mayın 31-də  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti Oqtay Zülfüqarovun “Sehirli alma” baletinin premyerası keçiriləcək. Teatrdan Lent.az-a verilən məlumata görə, Azərbaycan Xalq nağılı “Məlikməmməd”in motivləri əsasında tamaşaya qoyulan bu balet uşaqlar üçün nəzərdə tutulub və tamaşanın premyerası 1 iyun Uşaqları beynəlxalq müdafiə gününə həsr olunub.  

 

Yeni tamaşanın dirijoru – Dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev, quruluşçu baletmeysteri Pellumb Aqalliyay, quruluşçu rəssam isə əməkdar mədəniyyət İşçisi Yusif Babayevdir.

 

Tamaşada əsas rollarda balet truppasının gənc solistləri Timur Oduşev (Məlikməmməd), Faiq Qubatov (Padşah), Mehman Mərdanov (Təlxək), Cəmilə Kərimova (Məlikməmmədin sevgilisi), Anar Mikayılov (Div) və b. çıxış edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 180
avatar

Oxşar yazılar